Bəyannamənin düzgün tərtibi rəsmiləşdirmənin təməlidir. Hər sətri diqqətlə hazırlayır, xəta riskini sıfıra endiririk.
Gömrük bəyannaməsi — malın növü, miqdarı, dəyəri, mənşəyi və gömrük kodu barədə gömrük orqanlarına təqdim edilən rəsmi sənəddir. Bəyannamədəki hər bir kiçik uyğunsuzluq yükün sərhəddə saxlanmasına səbəb ola bilər.
Yanlış HS kod, uyğunsuz dəyər bəyanı və ya çatışmayan sənəd — bunların hər biri əlavə yoxlama, cərimə və ya günlərlə gecikməyə səbəb ola bilər. Bəyannaməni təqdim etməzdən əvvəl çoxmərhələli daxili yoxlamadan keçiririk.
Mütəmadi idxal-ixrac aparan şirkətlər, birdəfəlik avadanlıq gətirən müəssisələr və fiziki şəxslər üçün bəyannamənin tərtibi xidmətini ayrıca da, tam gömrük xidməti paketinin bir hissəsi kimi də təqdim edirik.
Sənədlərinizi göndərin, mütəxəssislərimiz 24 saat ərzində geri dönüş etsin.