Logistika işləri

Yükün başlanğıc nöqtəsindən son ünvana qədər — daşınma, anbarlaşdırma və çatdırılma proseslərini gömrük rəsmiləşdirilməsi ilə əlaqələndirilmiş şəkildə idarə edirik.

Logistika xidmətlərimiz

Gömrük prosesini logistika ilə ayrı-ayrılıqda idarə etmək əlavə vaxt itkisinə səbəb olur. Biz hər iki prosesi eyni komandada birləşdirərək yükünüzün fasiləsiz hərəkətini təmin edirik.

Nəqliyyat növləri

  • Dəniz daşımaları — konteyner və tökmə yüklər
  • Avtomobil nəqliyyatı ilə tırla daşımalar
  • Hava yolu ilə təcili kargo daşımaları
  • Dəmir yolu ilə çoxmodal daşımalar

Əlavə xidmətlər

  • Gömrük anbarında müvəqqəti saxlama
  • Yükün yenidən qablaşdırılması və markalanması
  • Son ünvana çatdırılmanın planlaşdırılması
  • Yükün hərəkətinin izlənməsi və məlumatlandırma

Niyə birgə həll daha sərfəlidir?

Gömrük rəsmiləşdirilməsi başa çatan kimi yükün dərhal nəqliyyata verilməsi vaxt itkisinin qarşısını alır. Logistika komandamız gömrük statusunu real vaxtda izləyərək daşımanı əvvəlcədən planlaşdırır.

Marşrutunuzu birlikdə planlaşdıraq

Yükünüzün növünü və istiqamətini bildirin, ən uyğun logistika həllini təklif edək.

Təklif al